top of page
Azərbaycanda

İLK VƏ YEGANƏ KAYTSÖRFİNQ HOTELİ 

“Blueplanet Beach Hotel”ə xoş gəlmişsiniz!

“Bura bir dəfə gələn yenidən gəlmək istəyir…” – məhz bu sözləri bizim qonaqlarımızın rəylərindən oxumaq olar. Hətta elə olub ki, bir gecəlik rezervasiya etmiş qonaqlarımız ətrafdakı gözəllik və rahatlıqdan, eləcə də möhtəşəm qürubdan doymadıqları üçün istirahət müddətini və rezervasiyalarını uzadıblar.

Otaqlar

“Blue planet kite surfing beach” sizə sakitlik və şəhərin səs-küyündən uzaq gözəl istirahət vəd edir. Burada nəinki kaytsörfinqlə məşğul olmaq istəyənlər, həm də dünyanın hər yerindən ölkəmizə buyurmuş qonaqlarla görüşmək olar.

IMG_1023.jpg

Villa

“Blue planet kite surfing beach” sizə sakitlik və şəhərin səs-küyündən uzaq gözəl istirahət vəd edir. Burada nəinki kaytsörfinqlə məşğul olmaq istəyənlər, həm də dünyanın hər yerindən ölkəmizə buyurmuş qonaqlarla görüşmək olar.

1U6A9634-min.jpg

İstirahət və kaytsörfinq

“Küləklər şəhəri” Bakının yaxınlığında küləyin gücündən zövq alın. Kifayət qədər dayaz olan laqun və əlverişli külək kaytsörfinqi qısa zaman kəsimində və təhlükəsiz şəkildə öyrənməyə imkan verir. Kaytsörfinq təlimçilərimiz hər səviyyədə kurslar təklif edir və bizdə istirahət edərkən həm də peşəkar bacarıqlarınızı təkmilləşdirməyə sevərək yardım edəcəklər.

Xidmətlərimiz və restoran

Kaytsörfinq taxtasını qısa müddətlik qırağa qoyaq və restoran və hovuz barına yollanaq. Burada gündəlik və təzə ərzaqlardan hazırlanan menyudan, ev üsulu kokteyllərdən, soyuq çay və desertlərdən zövq alacaqsınız. Səhər yeməyindən şam yeməyinə kimi sizə sağlam, təzə və ev üsulu təamlar, qəlyanaltı və dondurmalar təqdim edirik. Mehriban kollektivimiz isə hotelimizdə qalarkən bütün istəklərinizin gerçəkləşdirilməsi üçün əlində gələni edəcək. Tezliklə sizi də “Blue planet kite surfing beach”də gözləyirik.

Fəaliyyət növləri

Biz həmçinin velosiped sürmək, padlbord taxtasında durmaq, üzgüçülük, boççiya, yoqa, yaxud sadəcə günəş vannası qəbul etmək kimi fərqli xidmətlər təklif edirik. Çimərlikdə qızmar günəşli və təmiz dəniz havasından, eləcə də Xəzər dənizinin əsrarəngiz görüntüsündən zövq alın!

Məxfilik

Hovuz ətrafında dünyanın hər bir tərəfindən gələn qonaqlarımızla tanış ola, yaxud suya baş vura bilərsiniz. Sadəcə restoranımızın terrasında istirahət edərək, ləzzətli içkilərdən zövq ala və bir neçə addımlıqda kaytsörfinqlə məşğul olanları izləyə bilərsiniz.

bottom of page