Blueplanet Kite
“Blueplanet Kite Beach” məkanına ilk dəfə gələn insanlar özlərini gündəlik həyatın səs-küyü və təlaşından uzaqlaşmış kimi hiss edəcəklər. Burada cəmi bir neçə saat vaxt keçirdikdən sonra bütün problemləri unudursan. İzdihamsız və dalğasız şəraitdə, sabit küləyin müşayiəti ilə kaytsörfinq otağınızın bir addımlığında sizi gözləyəcək.
Bakıdan şimalda – təxminən 50 dəqiqəlik məsafədə yerləşən bu məkan 4 km2-lik bir laqunu əhatələyən yarımadada qurulmuşdur. Laqunun adı isə yaxınlıqda yerləşən Şorabad adlanan kiçik qəsəbədən götürülüb. Kaytsörfinqlə məşğul olanlar buradakı şəraitin, demək olar, mükəmməl olduğunu təsdiqləyəcəklər. Bütün külək istiqamətləri üçün ideal olan laqunun sahilləri də təhlükəsiz eniş üçün yaxşı şəraitdədir. Maneəsiz külək və suyun dərinliyi kaytsörfinqə təzə başlayanlara özlərini sınamağa imkan verir. Buna baxmayaraq, sərbəst tərzdə məşq etmək istəyənlərə ehtiyatlı olmaq tövsiyə olunur. Ən əsası isə bu laqunda bir dənə də olsun daşa rast gəlməyəcəyiniz – sadəcə qum və bir az yosun.
Şərq və cənub şərq, başqa sözlə desək, Xəzər dənizindən yarımada istiqamətində əsən külək dalğasız, düz səth üzərində, Bofort şkalası üzrə 5 bal və daha sürətli küləyin müşayiəti ilə sörf etməyə imkan verir.
Açıq su hövzəsində suyun səviyyəsi mütəmadi dəyişir. Buna görə də, xilasedici qayığın olmamasını nəzərə alaraq, təhlükəsizlik məqsədilə yalnız sahilə yaxın ərazilərdə kaytsörfinqlə məşğul olmaq olar.
Şimal və şimal-şərq istiqamətində əsən külək sahildən 70 m aralı məsafədə 1-1,5 m dalğa yaradır. Açıq dənizə çıxmazdan əvvəl yerli komanda ilə məsləhətləşməyi unutmayın. Belə ki, burada yerləşən köhnə neft buruqlarına yaxın getmək tövsiyə olunmur.
Məkan haqqında
-
Mövsüm aralığı: iyun – oktyabr
-
80% külək ehtimalı
-
Maksimum dərinlik: 1,5 m – yeni başlayanlar üçün mükəmməl şərait
-
Qumlu və təmiz çimərlik – ayaqqabıya ehtiyac yoxdur
-
Azərbaycanda ilk və tək kaytsörfinq təlimləri
-
Sahilə paralel əsən mükəmməl külək
-
Dalğasız laqun – 8 kv.km
-
Gözoxşayan sahil və heyranedici qürub
-
Ətrafda bina və ya ağac olmadığına görə, maneəsiz külək
-
Tam xidmət göstərən kaytsörfinq məntəqəsi və restoran
-
Çimərlik şezlonqları ilə iri hovuz və günəş terrası
-
Kaytsörfinq alətləri mağazası
-
Kiçik təmir xidmətləri – köməklik göstərmək üçün əlimizdən gələni edəcəyik.
-
Kayt üçün hava kompressoru
"Daypass" kartı
Digər çimərlik klubları kimi “Blueplanet Kite Beach” də çimərlikdə gözəl vaxt keçirmək istəyən hər kəsin üzünə açıqdır! İstər dostları ilə birgə kaytsörfinqlə məşğul olmaq üçün, istərsə də ailəlikcə xoş anlar yaşamaq üçün – gününü unudulmaz keçirmək istəyən hər kəs “Blueplanet Kite Beach”ə dəvətlidir.
25 AZN
Ləvazimat kirayə götürmək istəyirsinizsə, qiymətlərlə BURADA tanış olun.
Külək proqnozu
“Blueplanet Kite Beach” Şorabadda yerləşir. Xəzərin güclü və davamlı küləyi burada yerləşən laqunda kaytsörfinqlə məşğul olmaq üçün idealdır. Eyni zamanda, dənizin dayaz olması nəticəsində əlavə xilasedici qayığa ehtiyac yoxdur. Aşağıda mərkəzimizdə küləyin sürəti barədə proqnozla da tanış ola bilərsiniz.